Nazir: "​Rusiyada 1998-ci il böhranı təkrarlana bilər"

20:39 | 20.06.2016
Nazir:

Nazir: "​Rusiyada 1998-ci il böhranı təkrarlana bilər"

 Rusiyada daxili borclanma həcminin 1 trln. rubla (15,5 mlrd. ABŞ dolları) çatması səbəbindən 1998-ci ildə üzləşdiyi maliyyə böhranını təkrarlaya bilər. "Report" xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib. 

Nazir qeyd edib ki, 2017-ci ildə ölkənin xalis daxili borcu 1 trln. rubla yüksəlməsi əksər bankları 10-15 illik dövlət istiqrazlarının alışından çəkindirə bilər. Banklar cari kapital vəziyyəti və riskləri nəzərə alaraq qısamüddətli istiqrazlara üstünlük verəcək. 

A.Siluanovun sözlərinə görə, belə bir vəziyyətdə hökumət dövlət qiymətli kağızlarının piramidasının yaranması riski ilə üzləşə bilər ki, bu da artıq 1998-ci ildə ağır maliyyə böhranına səbəb olub. 

Nazir qeyd edib ki, dövlət borclanması bahalı prosesdir - hazırda istiqrazların yerləşdirilməsi dövlətə təxminən 9%-ə başa gəlir: "100 rubl borc alsaq, gələn ilki büdcədə 9 rubl əlavə vəsait nəzərdə tutmalıyıq. Gəlirlərin azaldığı və daxili borclanmanın artırdığı bir vaxtda isə digər xərcləri azaldıb faiz ödənişinə yönəltməyə məcbur olacağıq". 

Xatırladaq ki, yanvar ayında maliyyə naziri büdcənin yeni iqtisadi şəraitə uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb