"Pandemiya dövründə insan inkişafını dondura bilmərik. Ona görə də təhsilin dayanıqlı formada təşkili təmin edilməlidir”.
Bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, pandemiya dövründə təhsilin fundamental məqsəd və vəzifələri prinsipcə dəyişməyib: "Əsas məsələ də budur. Bacardıqca daha çox insan üçün keyfiyyətli təhsil təmin edilməlidir. Çalışmalıyıq ki, sosial-iqtisadi və digər amillər şagirdlərin təhsil almalarına təsir göstərməsin”.
E.Əmrullayev bildirib ki, daha çox insanı onlayn formada təhsilə cəlb etmək mümkündür: "Təhsil və tədqiqatların keyfiyyətinin qaldırılması ən başlıca problem olaraq qalır. Təhsilin keyfiyyət təminatı sistemlərinin yerində olması və tələbələrin nə öyrənməsini müəyyən etmək əsas suallardan biridir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !