Nazirdən Xalq artistinə sayğısızlıq - Dəfndə heç kim iştirak etməyəcək

11:58 | 14.07.2014
Nazirdən Xalq artistinə sayğısızlıq - Dəfndə heç kim iştirak etməyəcək

Nazirdən Xalq artistinə sayğısızlıq - Dəfndə heç kim iştirak etməyəcək

“Xalq artisti Ələddin Abbasovun dəfn mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyindən iştirak edən olmayacaq”.Bunu AzNews.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva deyib. Onun sözlərinə görə, qurumu bu mərasimdə nazirliyin Gəncə şəhər şöbəsinin rəhbərliyi təmsil edəcək: “Mədəniyyət və Turizm Nazirliyinin Gəncə şəhər şöbəsinin rəhbəri bizim adımızdan mərasimə qatılacaq. Bundan başqa Gəncə Şəhər İcra Hakimiyyəti, tanınmış şəxslər və şəhər sakinləri dəfn mərasimində iştirak edəcək. Ələddin Abbasov gözəl və istedadlı aktyor idi”.Ələddin Abbasovun harada dəfn olunacağına gəlincə, nazirlik sözçüsü bildirib ki, sənətkar Gəncədə torpağa tapşırılacaq. Xatırladaq ki, Ə. Abbasov iyulun 13-də dünyasını dəyişib.Qeyd: Əsasən “Cahandar ağa” obrazı ilə tanınan mərhum sənətkar, son vaxtlar özünə qarşı diqqətsizlikdən gileylənirdi. O AzNews.az-a açıqlamasında mənzil şəraitinin və maliyyə durumunun çox pis olduğunu bildirmişdi. Gəncə İcra Hakimiyyəti başçısının ona əhalinin gözü qarşısında mənzil verəcəyini deməsi, lakin sonradan onu gəl-gedə salması da Xalq artistini narazı salan məqamlardan idi. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM