Nazirlər Kabinetinin binası qarşısında toqquşma

13:10 | 25.11.2013
Nazirlər Kabinetinin binası qarşısında toqquşma

Nazirlər Kabinetinin binası qarşısında toqquşma

Ukrayna Nazirlər Kabinetinin binası qarşısında nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında növbəti qarşıdurma yaranıb.APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, Avropa Meydanında toplaşan mitinqçilər bu gün səhər müxalifətçi deputatların başçılığı ilə yaxınlıqdakı hökumət binasına doğru yürüşə keçiblər. Onlar əllərində “Yuliyaya azadlıq!”, “Ukrayna - Avropa Birliyinə!” yazılmış plakatlar tutublar və hökuməti istefaya çağırıblar.  Hökumət binasına çatan yürüşçülərlə “Berkut” xüsusi təyinatlı milis dəstəsinin üzvləri arasında toqquşma baş verib. Milislər gözyaşardıcı qazdan istifadə ediblər.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb