Nazirlik: “Avtobuslarla bağlı dəyişiklik olmayacaq”

12:20 | 29.12.2014
Nazirlik: “Avtobuslarla bağlı dəyişiklik olmayacaq”

Nazirlik: “Avtobuslarla bağlı dəyişiklik olmayacaq”

"Nəqliyayat Nazirliyi dekabrın ikinci yarısından etibarən gücləndirilmiş iş rejiminə keçib”.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bildirib.

"Həm dəmiryolu şəbəkəsi, həm Dövlət Avtmobil Nəqliyyatı xidməti, həm də avtmobil yolları üzrə regional idarələr də daxil, paytaxtda olan strukturlamızın hamısı gücləndirilmiş iş rejimində çalışır. Bu Yeni ilin ilk günlərinə qədər davam edəcək”.

Nazirlik rəsmisi avtobusların həmişəki kimi müəyyən olunan saatlara qədər işləyəcəyini qeyd edib: "Şəhərdaxili avtobuslarda iş saatlarında dəyişiklik olmayacaq. Amma şəhərlərarası avtobusların sayı təxminən 2 dəfəyə qədər artırılıb”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb