Nazirlikdən elektron turist vizası ilə əlaqədar AÇIQLAMA

15:39 | 03.09.2015
Nazirlikdən elektron turist vizası ilə əlaqədar – AÇIQLAMA

Nazirlikdən elektron turist vizası ilə əlaqədar AÇIQLAMA

Elektron turist vizaları turizm şirkətlərinə müraciət edildikdən ən geci 10 gün müddətinə rəsmiləşdirilir.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

"Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən viza verilməsi prosedurunun 10 gündən 5 günə salınması ilə bağlı birgə fəaliyyət həyata keçirilir” - deyə, nazirlik qeyd edib.

Qeyd edək ki, nazirlik tərəfindən gəlmə turizmlə məşğul olan 65 turizm şirkətinə sözügedən bu sistemdən istifadə edərək elektron turist vizası almaq hüququ verilib.

Nazirlik bildirib ki, Mədəniyyət və Turizm Nazirliyindən xüsusi razılıq (lisenziya) almış və qeyd olunan qaydalarda göstərilən tələblərə uyğun gələn istənilən turizm şirkəti akkreditasiyadan keçmək üçün Nazirliyə müraciət edə bilərlər. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb