Nazirlikdən tibb işçilərinin döyülməsinə REAKSİYA

14:59 | 08.06.2018
Nazirlikdən tibb işçilərinin döyülməsinə REAKSİYA

Nazirlikdən tibb işçilərinin döyülməsinə REAKSİYA

Səhiyyə Nazirliyi Tovuzda tibb işçilərinin döyülməsinə münasibət bildirib.

Mia.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova APA-ya bildirib ki, Tovuz rayonunun İbrahimhacılı kəndindən təcili tibbi yardıma iyunun 7-də saat 22.23-də çağırış gəlib.

Onun sözlərinə görə, təcili tibbi yardım maşını saat 22.24-də Qovlar şəhərindən çağırışa çıxıb və saat 22.33-də ünvana çatıb: "Təcili tibbi yardım çox qısa müddətdə çağırışa gedib. Onlar evə çatanda xəstə keçinib. Xəstə öldükdən sonra onun yaxınları həkim Eldar Abdıyev, feldşer Cəmalə Qurbanova və sürücü Ələkbər Cabirovu döyüblər".
S. Əhmədova qeyd edib ki, hər 3 şəxs müxtəlif bədən xəsarətləri alıb.

Məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.

Qeyd edək ki, bu gün səhər Tovuz rayonunda çağırışa gedən təcili tibbi yardım maşınına hücum olması ilə bağlı xəbər yayılıb.

Hadisə ötən gecə rayonun İbrahimhacılı kəndində baş verib. Xəstənin öldüyünü deyən yaxınları tibb işçilərinin çağırışa yubandıqlarını bildirib, həkim Eldar Abdıyev və tibb bacısı Cəmalə Qurbanovaya xəsarət yetiriblər.
Təcili tibbi yardım maşınının şüşələri sındırılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb