Nə üçün erməni siyasi texnoloq öz ölkəsini "vassal" adlandırdı?

17:19 | 30.04.2014
Nə üçün erməni siyasi texnoloq öz ölkəsini "vassal" adlandırdı?

Nə üçün erməni siyasi texnoloq öz ölkəsini "vassal" adlandırdı?

Gürcüstan səfiri ilə görüşü zamanı İran prezidenti Həsən Ruhani bəyan etdi ki, İranla Gürcüstanı birləşdirən dəmiryolu proqramının inkişafından bütün region xeyir götürəcəkdir. Amma Ruhani İran-Ermənistan dəmir yolunun tikinti planlarını yada salmadı. Əslində Ermənistan və İran prezidentləri bu planları müzakirə etmişdi. Amma ötən il sentyabrın 3-də Serj Sarkisyan Ermənistanın Gömrük İttifaqına daxil edilməsinə dair qərarı verdikdən sonra prezident Ruhanı Ermənistana uzanacaq yol planını tamamilə unutdu. Çünki İran prezidenti də gözəl bilirdi ki, Sarkisyanın qərarı Ermənistanın faktiki olaraq Rusiyanın tabeçiliyinə keçməsi demək idi. Bu haqda erməni siyasi texnoloqu İqor Muradyan 1am.news Yerevan saytına məlumat verib. Həmin müsahibənin başlığı çox maraqlıdır: "Ermənistan öz maraqlarından danışmaq durumunda deyil".Maraqlıdır ki, Muradyan müxbirlərin suallarına cavab verərkən, öz yaşam yerini Ermənistan yox, onun tabeçiliyini vurğulayan terminlərlə adlandırıb.- Cənubi Qafqazda yerləşən, öz maraqlarından danışmaq vəziyyətində olmayan və ümumiyyətlə, öz səsini qaldırmaq hüququndan məhrum olan vassal ölkə - Ermənistana münasibətdə Rusiyanın sonsuz şıltaqlıqları İranı bezdirdi. Vassalla münasibətlər qurmaq mümkün deyil. Vassalın təcrid edilməsi məsələsi, ola bilsin, başlanğıc deyil. Belə ki, şimal-qərbdə, yəni Avropa istiqamətində yeni rabitə sisteminin formalaşması prioritetdir.Təcrid vəziyyətində olan İrandan demaqoqcasına və spekulyativ obrazda istifadə edən Rusiya öz regional siyasətində fikir vermir. İndi İranın inkişafının əngəllənməsi üçün Rusiya tərəfindən qurulmuş bütün maneələr dəf ediləcək və vassal ölkənin bu siyasətdə yeri yoxdur, - Muradyan belə deyir."Vassal ölkə" - bu, Muradyanın təbirincə, Ermənistan dövlətidir.O, belə hesab edir ki, əgər 2013-cü ilin 3 sentyabrınadək rus vassalının təcrid edilməsi cəhdləri ABŞ və NATO-nun himayəsi olmadan keçirilirdisə, indi bu siyasət onlarla razılaşdırılır. Nə üçün ABŞ və NATO rus vassalının taleyindən narahat olmalıdır? Əgər belə olsaydı, onda bu, qeyri-təbii olardı.ABŞ və NATO 20 il boyunca rus vassalını onlarla əməkdaşlıqda maraq oyatmağa çalışdı. Sonunda isə Qərb belə bir mesaj aldı ki, vassal onun dəstəyinə və imkanlarına ehtiyac duymur.Vassal ölkədə hələ də buna inana bilmirlər. Bəziləri hətta səmimi şəkildə sevinirlər də... Çünki onlar vassal xalqın nümayəndələridir, - Ermənistan və ermənilər haqqında Muradyan belə deyir. - Yaxşı, bəs sizcə, biz tərəfdən hansı addımlar atılmalıdır? - yorğun müxbir soruşur. -  Heç bir addım olmayacaq, kim bu addımları atmalıdır? Kötüklənən vassallar?Və sonra Muradyan bir hekayə danışır:Vaşinqton universitetlərindən birində erməni mənşəli gənc doktorluq dissertasiyasını müdafiə etməyə hazırlaşırmış və öz əcdadlarının tarixindən müdafiə etmək istəyirmiş. Amma onun elmi rəhbəri, ABŞ-ın universitet dairələrində yaxşı tanınmış Şərqi Avropa üzrə mütəxəssis ona mövzu barədə fikrindən daşındırır, çünki mövzu dissertasiyaya uyğun deyil. Elmi rəhbərin fikrincə, bu mövzu heç kimi maraqlandırmayacaq. Elə vassal ölkə heç kəsi maraqlandırmadığı kimi...  Kamal ƏliANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb