Neft bahalaşır: qiymət son bir ilin maksimumuna çatdı

23:14 | 06.10.2016
Neft bahalaşır: qiymət son bir ilin maksimumuna çatdı

Neft bahalaşır: qiymət son bir ilin maksimumuna çatdı

Dünya bazarında xam neftin bahalaşma tempi davam etməkdədir. 

Fins.az-ın məlumatına görə, bu gün keçirilən hərracların gedişində "Brent” markalı neftin bir barelinin dəyəri 52,65 dollaradək artıb. Bu qiymət keçən ilin oktyabrından sonra qeydə alınmış ən yüksək göstəricidir.

Bahalaşma Texas neftində də müşahidə edilir. Nyu York birjalarında bu neftin bir barelinin dəyəri 50 dollar ətrafında dəyişir.
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM