“Neftçi” AvroLiqanın III təsnifat mərhələsində

09:22 | 25.07.2014
“Neftçi” AvroLiqanın III təsnifat mərhələsində

“Neftçi” AvroLiqanın III təsnifat mərhələsində

“Neftçi” III təsnifat mərhələsində Gücrüstanın “Çuxura” klubu ilə görüşəcək

Bakının “Neftçi” klubu 2014/15 mövsümündə ilk səfər matçına çıxıb. APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə,  paytaxt təmsilçisi Avropa Liqasına II təsnifat mərhələsinin cavab oyununda qüvvəsini sınayıb. Böyükağa Hacıyevin yetirmələri Sloveniyada “Koper”in qonağı olub. Bakıda 1:2 hesabı ilə uduzan “Neftçi” mərhələ adlamaq üçün çətin işin öhdəsindən gəlib. Komandamız səfərdə "Koper"ə 2:0 hesabı ilə qalib gələrək, mərhələ adlayıb. Avropa LiqasıII təsnifat mərhələsi, cavab oyunları24 iyul"Koper" (Sloveniya) - "Neftçi" - 0:2Qollar: Mirhüseyin Seyidov, 21; Karlos Kardoso, 84Qırmızı vərəqə:  Yaka Ştromayer ("Koper")Baş hakim: Benoit Millot (Fransa)Koper. SRC Bonifika stadionuQeyd edək ki, “Neftçi” III təsnifat mərhələsində Gücrüstanın “Çuxura” klubu ilə görüşəcək. “Çuxura” II təsnifat mərhələsində Türkiyənin “Bursaspor” klubu ilə qarşılaşıb. Həm Türkiyədə keçirilən birinci oyun, həm də Gürcüstandakı ikinci oyun 0:0 hesabı ilə başa çatıb. Əlavə olunan vaxt da qalibi müəyyənləşdirmədiyindən, oyundan sonrakı penaltilər seriyası təyin olunub. Penaltilər seriyasında “Çuxura” daha dəqiq olaraq (4:1), növbəti mərhələyə adlayıb. Qeyd edək ki, “Neftçi” və “Çuxura” bu mövsümə hazırlıq zamanı Türkiyədə 2 yoxlama oyununa çıxıblar. “Neftçi” ilk oyunda gürcülərə 3:2 hesabı ilə məğlub olub. İkinci yoxlama görüşü isə 1:1 hesabı ilə başa çatıb. ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb