Neftin qiyməti 100 dollara çatacaq?

11:43 | 16.05.2015
Neftin qiyməti 100 dollara çatacaq?

Neftin qiyməti 100 dollara çatacaq?

Qiymət artımında belə dinamika 1983-cü ildən bu yana yaşanmamışdı

Ekspertlərin proqnozlarına zidd olaraq neft bazarında qiymət artımı davam edir.

ANS PRESS-in məlumatına görə, bir çox analitik neft bazarına bədbin baxışını davam esə də (II rüb üçün qiymətin 40-50 dollar arasında olacağını deyirlər) bəzi mütəxəssislər ilin əvvəlindən etibarən qiymətlərdə dözümlü trendin formalaşdığını deyir.

Mütəxəssilərin bunu iddia etməyə əsaslı səbəbi var. Belə ki, 9-cu həftədir ki, neft qiymətində artım yaşanması yaxın vaxtlarda qiymətlərin çökməyəcəyinə və uzunmüddətli qiymət qalxımına işarədir. Onu da qeyd edək ki, qiymət artımında belə dinamika 1983-cü ildən bu yana yaşanmamışdı.

Bahalaşmanın davam edəcəyini dünyanın ən güclü analitikləri təsdiqləyir. Neft sektoruna sərmayələri ilə məşhur olan investor Bun Pikensin başçılıq etdiyi BB Capital LLC hedc-fondunun (xüsusi riskli investisiya fondu) ekspertləri barelin qiymətinin uzunmüddətli qalxacağını təsdiq edirlər: "Biz neft qiymətinin 100 dollar səviyyəsinə qayıtmayacağını gözləməyənlər sırasında deyilik. Qiymətlərin qısamüddətli titrəyişlərərinə baxmayaraq, ümumi şəkildə demək olar ki, gələcəkdə neft hasilatını stimullaşdırmaq üçün neftin dəyəri çox olmalıdır”.

Qyed edək ki, WTI markalı neftin qiyməti bu ilin mart ayında qeyd olunan 6 illik ən minimum dəyərindən 40 faiz artım yaşayıb. Treyderlər hesab edir ki, ABŞ-da qazma qurğularının azaldılması neft hasilatını azaldacaq. Bu təqdirdə 2015-ci ilin sonuna neftin bir barelinə 70 dollar veriləcəyi gözlənilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb