“Neftin qiyməti düşməkdə davam edəcək” -Açıqlama

19:23 | 15.10.2014
“Neftin qiyməti düşməkdə davam edəcək” -Açıqlama

“Neftin qiyməti düşməkdə davam edəcək” -Açıqlama

Milli Məclisin deputatı, Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov sosial şəbəkədəki səhifəsində dünya bazarında neftin qiymətinin enməsini şərh edib. 

“Neftin qiyməti aşağı düşməkdə davam edəcək. Səbəb hasilatı müəyyən edən OPEK üzvü olan əsas ölkələrin-İranın, Səudiyyə Ərəbistanın  mövqeyidir. Onlar neftin qiymətinin stabil saxlanmasında əsas rol oynayırlar. Bu günkü proses onu göstərir ki, həmin ölkələr hasilatı azaltmadılar”.  

Deputatın sözlərinə görə, son hadisələr onu göstərir ki, nə İran, nə Səudiyyə Ərəbistanı hasilatın azaldılmasına razılıq verməyiblər. “Neftin qiymətinin düşməsi ötən illərdə də müşahidə olunurdu. Amma OPEK ölkələri hasilatı azaltmaqla neftin qiymətini stabil saxlayırdılar. Bu dəfə bunu etmədilər”. 

Neftin qiymətinin ucuzlaşmasının digər səbəbi ABŞ dollarının məzənnəsinin dəyişməsidir. “Eyni zamanda burada şist qazının bazara çıxarılması faktı da mühüm rol oynayır. Fikrimcə, son beş ildə enerji bazarında şist qazının və şist neftinin ümumi payının artması və ABŞ-in bunun emalı üçün yeni texnologiyaları tətbiq etməsi bu məsələdə öz təsirini göstərib”. Deputatın qənaətincə neftin qiyməti ilə bağlı  vəziyyəti dəyişməsi daha çox siyasi faktorlardan asılıdır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM