Nəqliyyat Nazirliyi və Metropolitenə ciddi tapşırıq

16:52 | 06.01.2015
Nəqliyyat Nazirliyi və Metropolitenə ciddi tapşırıq

Nəqliyyat Nazirliyi və Metropolitenə ciddi tapşırıq

Metro stansiyaları əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların istifadəsi üçün uyğunlaşdırılacaq.

ANN.Az Lent.az-a istinadən xəbər verir ki, bu, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət  Proqramında öz əksini tapıb. Bununla bağlı "Bakı Metropoliteni ” SC-nə tapşırıq verilib.

Bakı, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində əhalinin sıx yaşadığı yerlərdəki sərnişin marşrutlarında qaldırıcı liftə malik iri tutumlu nəqliyyat vasitələrindən əlillərin istifadəsi təmin ediləcək. Bu işin icrasını isə Nəqliyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirəcək.

Bankomatlar, telefon avtomatlar, poçt terminalları, keçid turniketləri, lift, tunel keçidləri, eskalator və digər avtomat qurğular da əlilliyi olan şəxslərə uyğunlaşdırılacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb