• $
  • £

Nərimanov Rayon Gənclər və İdman İdarəsi Xocalı soyqırımını yad etdi

Nərimanov Rayon Gənclər və İdman İdarəsi Xocalı soyqırımını yad etdi
26.02.2021 15:56
26 fevral 2021-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov nümayəndəliyinin və Xızı rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə  təşkilatçılığı ilə 26 fevral - Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Xocalı soyqırımını unutma” adlı onlayn anım tədbiri keçirilib.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Respublikasi Milli Qəhrəmanları Tanitma İctimai Birliyinin Nərimanov nümayəndəliyinin sədri Ədhəm Məmmədov, Xızı rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri İman Ağayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllimi, tarixçi Rasim Rzaxanov, Boccia İdman Federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ümidə Rəhimova, Bakı Dövlət Universiteti Mədəniyyət Yaradıcılıq Mərkəzinin solisti və "Azərbaycan Mədəniyyəti" sosial platformasının koordinatoru Rəqsanə Əsədova, Gədəbəy rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Anar Məmmədov, Şəhid Rafiq İsmayılov  adına Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov, fəal gənclər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bildirdi ki, o gecə mühasirəyə alınan Xocalıda qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613 düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bu il Xocalı soyqırımından 29 il ötür. Bu faciənin dünyada soyqırım kimi tanınmasında və haqq işimizin dünya ictimaiyyətinə çatdırılmasında bütün Azərbaycan Respublikası ictimai-siyasi birliklər, ictimai təşkilatlar, Türk-Azərbaycan diaspor təşkilatları, tarixçilər, siyasi xadimlərlə yanaşı hər birimiz bu yolda öz mübarizəmizi yorulmadan davam etdirməliyik. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli iradəsiylə başlanmış İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatmışdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı.

Sonra Azərbaycan Respublikasi Milli Qəhrəmanları Tanitma İctimai Birliyinin Nərimanov nümayəndiliyinin sədri Ədhəm Məmmədov, Xızı rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri İman Ağayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllimi, tarixçi Rasim Rzaxanov, Boccia İdman Federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ümidə Rəhimova, Bakı Dövlət Universiteti Mədəniyyət Yaradıcılıq Mərkəzinin solisti və "Azərbaycan Mədəniyyəti" sosial platformasının koordinatoru Rəqsanə Əsədova, Gədəbəy rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Anar Məmmədov, Şəhid Rafiq İsmayılov  adına Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov çıxış edərək qeyd etmişlər ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olmuşdur. Azərbaycan xalqı illər ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmış, tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. 2020-ci ilin tarixi qələbəni qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

Sonda Şəhid Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbi şagirdləri doğma Vətənə, torpağa, qəhrəmanlığa həsr olunmuş kompozisiya ilə çıxış etmişlər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 41 dərəcə isti olacaq
Cəmiyyət 12:20
Sabah 41 dərəcə isti olacaq
Hacıqabulda sərnişin qatarının vurduğu piyada ölüb
Cəmiyyət 11:50
Hacıqabulda sərnişin qatarının vurduğu piyada ölüb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Cəmiyyət 10:50
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
BDYPİ sürücülərə isti hava ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:19
BDYPİ sürücülərə isti hava ilə bağlı xəbərdarlıq edib
FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib
Cəmiyyət 09:05
FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib
Biləcəridə baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 21:20
Biləcəridə baş verən yanğın söndürülüb - Yenilənib
Diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub
Cəmiyyət 20:50
Diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub
ETSN meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 19:01
ETSN meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib
Cəmiyyət 18:49
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol