Nijni Novqorod - Bakı reyslərini bərpa edilir

10:13 | 06.06.2015
Nijni Novqorod - Bakı reyslərini bərpa edilir

Nijni Novqorod - Bakı reyslərini bərpa edilir

"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) iyunun 6-dan etibarən Nijni Novqoroddan Bakıya uçuşları bərpa edir.

"Report" xəbər verir ki, bu barədə "Striqino" Beynəlxalq Hava Limanının mətbuat xidməti məlumat verib.

"Azərbaycanın paytaxtına reyslər hər həftə şənbə günləri Braziliya istehsalı olan 106 yerlik "Embraer-190" hava gəmiləri vasitəsi ilə həyata keçiriləcək. Uçuş vaxtı 2 saat 40 dəqiqədir", - deyə məlumatda bildirilir.

AZAL sözügedən istiqamətdən Bakıya uçuşlara 2014-cü ildə başlayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb