• $ 1.7
  • € 1.7844
  • ₽ 1.8611
  • ₺ 0.047
  • £ 2.1414

Nizami Gəncəvinin “Sirlər xəzinəsi”si özbək dilində

Nizami Gəncəvinin “Sirlər xəzinəsi”si özbək dilində
09.12.2013 19:01
 Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsəri özbək dilinə tərcümə olunub. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində kitabın təqdimatı keçirilib. Təqdimat mərasimində Özbəkistanın tanınmış elm və mədəniyyət xadimləri, Daşkənddəki ali məktəblərin tələbələri iştirak ediblər. Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvinin yaradıcılığı haqqında məruzə ilə çıxış edib və özbək dilinə tərcümə olunmuş “Maan-ul-Asror” kitabının Özbək oxucuları üçün maraqlı olacağını qeyd edib. Tədbirdə Nizami yaradıcılığına aid qısa sənədli film göstərilib, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan stendlərdə Nizami Gəncəvinin əsərlərindən çəkilmiş miniatürlər nümayiş etdirilib. Qeyd edək ki, kitab adı çəkilən mərkəzin maliyyə dəstəyi ilə çap olunub. Nəşrin tərcüməçisi alim Olimcan Buriyev, ön sözün müəllifi akademik Əziz Kayumovdur. “Sirlər xəzinəsi” Özbəkistanın aparıcı kitabxanalarına, elmi tədqiqat və təhsil müəssisələrinə hədiyyə ediləcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Mədəniyyət 16:21
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Şamil Buksayev vəfat edib
Mədəniyyət 23:30
Şamil Buksayev vəfat edib
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir  – FOTOLAR
Mədəniyyət 18:16
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir – FOTOLAR
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
Mədəniyyət 13:26
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol