Novruz arzuları Unibank-la reallaşır

15:43 | 13.03.2015
Novruz arzuları Unibank-la reallaşır

Novruz arzuları Unibank-la reallaşır

Yaz ümidləri artırır, Novruz bayramı isə arzuları reallaşdırır. 

Unibank əziz bayram öncəsi qayğıya, diqqətə ən çox ehtiyacı olan uşaqları sevindirib. 268 saylı xüsusi məktəbdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqlar bayram sevincini yaşayıblar. Hər zaman balaca dostlarının yanında olan Unibank, bu dəfə uşaqları Dövlət Kukla teatrına aparıb. Teatrın aktyorlarının ifasında "Cik-Cik xanım” tamaşası uşaqların çox xoşuna gəlib.Novruz bayramının əsas atributları olan Kosa ilə Keçəl də uşaqların görüşünə gəlib. Kosa ilə Keçəlin hədiyyələri isə uşaqları daha da sevindirib. Uşaqların Novruz arzuları Unibankla reallaşıb.

Unibank- hər kəsin bankı

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM