Nurməhəmmədovun meneceri həbs olundu

10:58 | 07.10.2018
Yüngül çəkidə UFC çempionu titulunu qazanan Həbib Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov ABŞ polisi tərəfindən həbs edilib.
Oxu.Az xəbər verir ki, buna səbəb Həbib Nurməhəmmədovla Konor Makqreqor arasında UFC 229 turniri çərçivəsində baş tutan döyüşdən sonra meydana gələn dava olub.

Qarşıdurmada hər iki idmançının komanda üzvləri iştirak edib. 
Menecerin və Nurməhəmmədovun komandasının daha bir üzvünün hansı səbəbdən saxlanılması barədə məlumat verilmir.

www.anews.az
loading...