Obama "Twitter" abunəçilərini yeni prezidentə ötürəcək

19:42 | 01.11.2016
Obama

Obama "Twitter" abunəçilərini yeni prezidentə ötürəcək

ABŞ-ın noyabrın 8-də müəyyənləşəcək yeni prezidenti sələfi Barak Obamanın "Twitter”dəki abunəçilərini də təhvil alacaq.
 
ANN.Az ikt.lent.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib. Abunəçilərin sayı 11 milyon nəfərdir.    
 
Yeni dövlət başçısının inauqurasiyasının keçiriləcəyi 2017-ci il yanvarın 20-dən etibarən @POTUS akkauntu 45-ci prezidentin adına olacaq. Barak Obamanın bütün "tvit”ləri isə onun rəsmi eks-prezident mikrobloquna (@POTUS44) köçürüləcək.  
 
Ağ Ev xatırladıb ki, Obama sosial şəbəkələrdə fəallıq göstərən ilk ABŞ prezidentidir. O, "Twitter”də səhifə açan, "Facebook”da oval kabinetdən canlı yayım verən və "YouTube”da sualları cavablandıran ilk ABŞ prezidenti kimi tarixə düşüb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM