Obamadan İŞİD təlimatı

18:58 | 03.09.2014
Obamadan İŞİD təlimatı

Obamadan İŞİD təlimatı

ABŞ prezidenti Barak Obama İraqa hərbi birləşmə göndərib.ANS PRESS-in məlumatına görə, Obama ABŞ-ın İraqdakı səfirliyinin diplomatlarıni qorumaq üçün Bağdada 350 əsgərdən ibarə hərbi birləşmə göndərilməsi barədə Pentaqona təlimat verib.ABŞ prezidenti bu qərarı daha bir amerikalı jurnalistin İŞİD tərəfindən qətlə yetirilməsindən sonra verib.“Yalnız Bağdadda deyil, bütövlükdə Yaxın Şərdə diplomatlarımızın təhlükəsizliyini təmin etməyə çalışacağıq. İraq Şam İslam Dövlətinə qarşı mübarizədə İraq hökumətini dəstəkləməyə davam edəcəyik. Obama bu həftə NATO-ya üzv ölkələrlə İŞİD-ə qarşı mübarizə aparmaq üçün hansı addımların atıla biləcəyini müzakirə edəcək”, deyə Ağ Evin açıqlamasında bilddirilir.Bildirilir ki, Yaxın Şərqdə baş verənlərlə əlaqədar ABŞ dövlət katibi Con Kerri, müdafiə naziri Çak Heygel bölgəyə səfər edəcək.Qeyd edək ki, İŞİD jurnalist Ceyms Foleydən sonra daha bir amerkalı jurnalist Steven Sotloffu qətlə yetirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb