Obyektivdə: Mağazalarda endirim, yoxsa yalan kampaniyası?

18:28 | 03.08.2015
Obyektivdə:  Mağazalarda endirim, yoxsa yalan kampaniyası?

Obyektivdə: Mağazalarda endirim, yoxsa yalan kampaniyası?

Mağazalarda endirim, yoxsa yalan kampaniyası?

Bakı şəhərində yerləşən geyim mağazalarının əksəriyyətində "endirim" yazılmış çağırışlara rast gəlmək mümkündür. Bu elanlar ilin hər fəslində mağazalarda mövcuddur.

İlk olaraq onu vurğulamaq lazımdır ki, Avropa və bir sıra inkişaf etmiş ölkələrdə endirimlər xususi marketinq siyasəti ilə həyata keçrilir. Hər fəslin sonunda endirimlər təşkil olunur və bu müddətdə ən bahalı məhsulu çox ucuz qiymətə almaq mümkün olur.

Məsələ ilə bağlı şəhər sakinlərinin münasibətini öyrəndik.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov ANN tv-yə açıqlamasında bildirdi ki, 70-80 faiz endirim ola bilər, lakin bütün hallarda istehlakçı əmin olmaq istəyir ki, məhsulun ilkin qiyməti nə qədər olub. 

Eyyub Hüseynovun sözlərinə görə alıcılar yalançı endirimlərdən qorunmaq üçün məhsulun ilkin qiymət sənədlərini tələb etməlidirlər və satıcı isə onu  göstərməyə borcludur. Əks halda dövlət  orqanlarına müraciət olunmalıdır.

Qanunvericiliyə görə, endirimlərin hansı vaxtdan həyata keçirilməsi, məhsulun adı konkret göstərilməlidir. Tutaq ki, mağazada yüz adda məhsul satılırsa, endirimin konkret hansı məhsullara şamil edildiyi aydın şəkildə göstərilməlidir. Qeyd edək ki, ticarət qaydalarının pozulmasına görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulur.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb