Oğlum bayrağa bükülüb gələcəyəm deyirdi Şəhid atası

12:18 | 21.05.2018
Oğlum bayrağa bükülüb gələcəyəm deyirdi – Şəhid atası

Oğlum bayrağa bükülüb gələcəyəm deyirdi Şəhid atası

Oğlum "mən qəhrəman kimi qayıdacam, ya da bayrağa bükülüb gələcəyəm" deyirdi.

Bunu Report-a şəhid Adil Tatarovun atası Əli Tatarov deyib.

Şəhid atası bildirib ki, Adil Tatarov 3 ay əvvəl məzuniyyətə gəldiyi zaman bu sözləri söyləyibmiş:

"Oğlum vətənin keşiyində durmasından fəxr duyduğunu və düşmənin torpaqlarımızın hər qarışından çıxarılması üçün hər zaman döyüşə hazır olduğunu deyirdi. Adil məzuniyyətə gələndə deyirdi ki, "mən qəhrəman kimi qayıdacam, ya da bayrağımıza bükülüb gələcəyəm".

Ə.Tatarov oğlunun vətən uğrunda şəhid olmasından qürur duyduğunu bildirib:

"Hər kəs vətənini qorumalı, Vətən uğrunda savaşmalı və mənim övladım kimi şəhid olmaqdan qorxmamalıdır".

Qeyd edək ki, ailənin tək oğul övladı olan Adil Tatarovun hərbi xidməti başa vurmağına 4 ayı qalmışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb