Onlayn olduğunuzu görməyəcəklər - “Whatsapp”da yeni funksiya

08:49 | 05.07.2022
Onlayn olduğunuzu görməyəcəklər - “Whatsapp”da yeni funksiya

Onlayn olduğunuzu görməyəcəklər - “Whatsapp”da yeni funksiya

"Whatsapp”ın gələcək yenilənməsində istifadəçilər özlərinin onlayn(aktiv) olduqları barədə məlumatı gizlədə biləcəklər.
 

Bu məlumatın hamıdan və ya yalnız müəyyən şəxslərdən gizlədilməsi mümkün olacaq.
 
Məsələn, istifadəçi hazırda onlayn olduğunu yalnız kontaklar siyahısındakı şəxslərdən və ya bütün "Whatsapp” istifadəçilərindən gizlədə biləcək.
 
Hazırda istifadəçilər mesencerdə sonuncu dəfə aktiv olduqları barədə məlumatı gizlədə bilərlər, lakin onlayn olduqlarını göstərən məlumatın gizlədilməsi isə hələ ki, mümkün deyil.
 
Müvafiq funksiyanın Android, iOS və fərdi kompüterlər üçün mesencerin beta versiyasında tətbiq ediləcəyi planlaşdırılır.(ted.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb