Oqtay Əsədov İtaliyaya gedəcək

15:41 | 04.05.2019
Oqtay Əsədov İtaliyaya gedəcək

Oqtay Əsədov İtaliyaya gedəcək

Mayın 6-da Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Romaya səfər edəcək.
 
Milli Məclisdən Anews.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Vahid Əhmədov, Elşad Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
 
Səfər zamanı nümayəndə heyətinin üzvləri İtaliya Senatının və Deputatlar Palatasının rəhbərliyi, Azərbaycanla dostluq qrupunun təmsilçiləri ilə görüşlər keçirəcək, qanunvericilik orqanları arasında əlaqələrimizin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaqlar. Burada deputatlarımız İtaliya parlamentinin qanunvericilik fəaliyyəti ilə yaxından tanış olacaqlar.
 
Mayın 8-də nümayəndə heyəti geri qayıdacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb