Pakistan parlamentində Qarabağla bağlı qətnamə qəbul edildi

17:35 | 03.02.2017
Pakistan parlamentində Qarabağla bağlı qətnamə qəbul edildi

Pakistan parlamentində Qarabağla bağlı qətnamə qəbul edildi

Pakistan Milli Assambleyasının Xarici əlaqələr üzrə daimi komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyən qətnamə qəbul edib.
 
APA-nın "khybernews.tv”yə istinadən verdiyi məlumata görə, qətnamə daimi komitənin ötən gün keçirilən iclasında qəbul olunub.
 
Sənəddə Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci ilin 26 fevralında Xocalıda dinc əhaliyə qarşı törədilən faciə pislənilib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi bir daha ifadə edilib, habelə BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının Erməni Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən qətnamələrin tez bir zamanda icrası tələb olunub.
 
Qətnamədə həmçinin Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərinə dəstək ifadə olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb