Roma Papası Bakıya yaxınlaşır

10:47 | 30.09.2016
Roma Papası Bakıya yaxınlaşır

Roma Papası Bakıya yaxınlaşır

Roma Papası Tiflisdən Bakıya gələcək

ANN.Az xarici mediaya istinadla xəbər verir ki, bu gün Roma Papası Fransiskin Gürcüstana və Azərbaycana rəsmi səfəri başlayır.

Səfər çərçivəsində Roma Papası hər iki ölkədə siyasi və dini liderlərlə görüşəcək. Oktyabrın 2-də səhər saatlarında Roma Papası Tiflisdən Bakıya yola düşəcək. 

Bakı səfəri zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, şeyx Allahşükür Paşazadə, yəhudi icması, Bakıdakı Rus Pravoslav Kilsəsi ilə görüşlər keçirəcək.

Bir müddət öncə Vatikan üzrə aparıcı ekspert, jurnalist Andrea Tornielli İtaliyanın "La Stampa" qəzetinə müsahibəsində bildirib ki, bu səfər dinlərarası sülhün möhkəmləndirilməsi baxımından böyük əhəhmiyyət kəsb edir.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb