Papa İrəvanda “soyqırımı" sözünü işlətdi

11:19 | 25.06.2016
Papa İrəvanda “soyqırımı

Papa İrəvanda “soyqırımı" sözünü işlətdi

Ermənistanda səfərdə olan Roma Papası I Fransisk 1915/16-cı ildə baş verən hadisələri pisləyib.
 
APA-nın Vatikan radiosuna istinadən verdiyi xəbərə görə, pontifik prezident Serj Sarkisyan və digər rəsmilər qarşısında çıxış edərkən "soyqırımı” ifadəsini də dilə gətirib.
 
Qeyd edək ki, 2015-ci ildə Roma Papası I Fransisk uydurma "erməni soyqırımı”nın XX əsrin ilk soyqırımı olduğunu bəyan etmişdi.
 
Roma Papasının bəyanatı Türkiyənin sərt etirazı ilə qarşılanmışdı. Türkiyənin Vatikandakı səfiri geri çağırılmış,  Vatikanın Ankaradakı səfiri isə Türkiyə XİN-ə çağırılmışdı.
 
I Fransiskin Ermənistana səfəri üç gün davam edəcək

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM