Papa Türkiyəyə İrəvandan göyərçinlə mesaj göndərəcək

11:42 | 22.06.2016
Papa Türkiyəyə İrəvandan göyərçinlə mesaj göndərəcək

Papa Türkiyəyə İrəvandan göyərçinlə mesaj göndərəcək

Vatikan rəsmisi Roma papası Fransiskın Ermənistan səfəri zamanı "erməni soyqırımı” ifadəsini işlətməyəcəyi ilə bağlı suallara aydınlıq gətirilib.

ANS PRESS-in məlumatına görə, Vatikanın mətbuat katibi Peder Federico Lombard jurnalistlərə açıqlamasında deyib ki,  qorxulu bir "qətliyam” yaşandığını heç kim inkar etmir.

"Ona görə də "erməni soyqırımı” abidəsini ziyarət edəcəyik. Ancaq siyasi və sosioloji bir tələyə düşmək istəmirik. Mən "böyük fəlakət” ifadəsini işlətməyə davam edəcəm. Çünki ermənilər də bu ifadəni istifadə edirlər”.  

 Lombard  deyib ki, 2001-ci ildə Papa 2-ci  Pavel və 2-ci Qaragin arasında imzalanan ortaq bəyanatda "soyqırım” ifadəsi yer alıb. "Bu ifadə keçən müddət ərazində Vatikanda ermənilərlə bağlı təşkil edilən ayinlərdə səsləndirilib. Hazırda hər hansı ortaq bir bəyanatın səsləndirilməsi planlaşdırılmır. Amma bu mövzudan nəyinsə dəyişəcəyi ilə bağlı məlumatın yoxdu”. 

Vatikan rəsmisi Papanın uzun illərdir ki, bağlı qalan  Türkiyə-Ermənistan sərhəddinə gedəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib.  

O, deyib ki, papanın İrəvan səfərinin proqramında belə bir tədbir yoxdur. "Amma Fransisk Ararat dağına tərəf göyərçin uçurdacaq. Bu addımında mənası çox açıqdır”.

Roma papası Ermənistanda 24-26  iyunda səfərdə olacaq. O, səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan və erməni katalikosu ikinci Qaraginlə görüşəcək.  Papa İrəvandakı proqramını başa vurduqdan sonra Gümrü şəhərinə yola düşəcək.

Fransisk ikinci Vatikan rəsmisidir ki, İrəvana səfər edəcək. Ondan əvvəl 2001-ci ildə sabiq Roma papası Jean Paul İrəvanda səfərdə olub. Məlumata görə, Fransisk Ermənistanla yanaşı Azərbaycan və Gürüstana da səfər edəcək.
 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb