Paris yəhudilərindən İsrailə dəstək

09:18 | 01.08.2014
Paris yəhudilərindən İsrailə dəstək

Paris yəhudilərindən İsrailə dəstək

Fransanın paytaxtı Parisdə bir neçə insan İsrail səfirliyi qarşısına toplaşaraq, İsrailin Qəzzada Həmasa qarşı apardığı müharibəyə dəstək verib. Nümayişçilər “Həmas terrorçudur”, “İsrail yaşayacaq, İsrail qələbə çalacaq” tipli şüarlar səsləndirib, 20 gün ərzində İsrailə fələstindən 2670 raketin buraxıldığını yazan plakatlar tutub.İkinci dünya müharibəsindən sonra faşistləri təqib etməklə məşhurlaşmış Klarsfeld cütlüyünün oğulları – yəhudi əsilli vəkil Arno Klarsfeld də aksiyada iştirak edib.O İsrailin Qəzza zolağında sadəcə terrora qarşı mücadilə apardığını bildirib. Aksiya İsrail ordusunun Qəzzada Qoruyucu sərhəd əməliyyatına başladığı vaxtdan bəri Parisdə keçirilən ən iri İsrailə dəstək nümayişi olub.Bundan əvvəl bazar günü bir neçə min (yəhudi) Marseldə oxşar nümayiş keçirmişdi.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM