Parlamentin təcili növbədənkənar sessiyası ilə bağlı xəbərlərə aydınlıq gətirildi

17:30 | 02.07.2019
Parlamentin təcili növbədənkənar sessiyası ilə bağlı xəbərlərə aydınlıq gətirildi

Parlamentin təcili növbədənkənar sessiyası ilə bağlı xəbərlərə aydınlıq gətirildi

Milli Məclisin iyul ayı üçün təcili növbədənkənar sessiya çağırdığı barədə yayılan xəbərlərə aydınlıq gətirilib.


Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, parlamentin heç bir təcili iclası olmayacaq.


A.Təvəkküloğlunun sözlərinə görə, sadəcə olaraq, Milli Məclisin növbədənkənar sessiyası adi qaydada hələ davam edir və nöbədənkənar sessiyanın daha bir neçə iclası keçiriləcək:


"İyulun 9-12-si üçün növbəti iclasların keçirilməsi gözlənilir”.


Xatırladaq ki, iyunun 13-14-də və 27-də parlamentin növbədənkənar iclasları olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb