Paşinyan Qarabağda protektoratlığın tərəfdarına vəzifə verdi

12:15 | 31.07.2018
Paşinyan Qarabağda protektoratlığın tərəfdarına vəzifə verdi

Paşinyan Qarabağda protektoratlığın tərəfdarına vəzifə verdi

Ermənistanın baş naziri Nikol Paşinyan özünə baş məsləhətçi təyin edib.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyan imzaladığı sərəncamla bu vəzifəyə Arsen Qasparyan təyinat alıb.
Qeyd edək ki, siyasi elmlər namizədi olan Arsen Qasparyan bunadək Ermənistanın Vyanadakı beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyinin məsləhətçisi vəzifəsində çalışıb. 

A.Qasparyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tam müstəqillikdən başqa, bir neçə variantın tərəfdarı kimi tanınır. Münaqişənin həllinə dair onun təkliflərinə Dağlıq Qarabağın suverenliyinin qorunub saxlanılması, lakin beynəlxalq münasibətlərdə məhdud subyektlik şərtilə Qarabağla Azərbaycan arasında müxtəlif növ assosiasiyanın yaradılması daxildir. Yəni Lixtenşteynlə San Marino nümunəsində. 

Qasparyan həmçinin, münaqişənin tam həllinədək Qarabağda bir neçə dövlətin birgə, yaxud yalnız bir dövlətin protektoratlığının yaradılmasını uyğun hesab edir. Tək bir dövlət dedikdə isə o, Rusiyanı nəzərdə tutub. Onun fikrincə, bu yolla Rusiya regionda möhkəmlənə, həm də beynəlxalq təhlükəsizliyə töhfə verə bilər. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb