​"Petkim Holding"in yarımillik mənfəəti 70%-ə yaxın artdı

09:56 | 12.08.2016
​

​"Petkim Holding"in yarımillik mənfəəti 70%-ə yaxın artdı

Əsas payı Azərbyacan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim Petrokimya Holding A.Ş." bu ilin I yarısında illik müqayisədə 62,5% çox - 377 mln. Türkiyə lirəsi (TRY) həcmində mənfəət əldə edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründə 232 mln. TRY olub.

Holdinqin bu ilin II rübündə mənfəəti 228 mln. TRY olub ki, bu da ötən ilin analoji dövrü (187 mln. TRY) ilə müqayisədə 21,9% çoxdur.

Qeyd edək ki, 2008-ci il mayın 30-da keçirilmiş hərracda "Petkim Holding"in səhmlərinin 51%-i 2,04 mlrd. dollara "SOCAR&Turcas Enerji A.Ş." alyansı tərəfindən əldə edilib. 30 mart 2012-ci ildə isə "SOCAR Turkey Enerji A.Ş” və "SOCAR International DMCC OGG” Türkiyənin "Petkim" neft-kimya holdinqinin səhmlərinin daha 10,32%-ni özəlləşdirib. Daha sonra birjadan 5% hissə alınıb. Əlavə olunmuş səhmlər (15%) bazar konyukturasından asılı olaraq alınıb-satılır. SOCAR rəhbərliyi "Petkim Holding"dəki payın heç vaxt 51%-dən aşağı salınmayacağını bəyan edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb