Petro Poroşenko: "Üsyançıların seçki qərarı sülh üçün böyük təhlükədir"

20:05 | 17.09.2015
Petro Poroşenko:

Petro Poroşenko: "Üsyançıların seçki qərarı sülh üçün böyük təhlükədir"

Şərqi Ukraynadakı üsyançıların seçki keçirmək qərarı sülh prosesinə "böyük təhlükə" yaradır, prezident Petro Poroşenko xəbərdarlıq edib.

O, həmçinin "Krımın Rusiyanın ilhaqı və şərqdə münaqişəyə görə cavabdeh" 400 fiziki və 90 hüquqi şəxsə qarşı sanksiyalar elan edib.

Tanınmamış Donetsk Xalq Respublikasının lideri bir müddət əvvəl bəyan edib ki, seçkilər oktyabrın 18-də baş tutacaq.

Qonşu üsyankar region Luqansk isə seçkiləri noyabrın birində təşkil etmək istəyir.

Avropa İttifaqı və ABŞ tərəfindən dəstəklənən Kiyev hökuməti bu cür səsvermələrin fevral ayında Minskdə imzalanmış sülh razılaşmasının pozulması kimi dəyərləndirir.

Razılaşmaya görə, üsyançıların nəzarətində olan rayonlarda seçkilər yalnız Ukrayna qanunvericiliyinə əsasən keçirilə bilər.

Öz növbəsində rusiyayönlü üsyançılar və rəsmi Moskva da Ukraynanı razılaşmaya uyğun davranmamaqda günahlandırıb.
Jurnalistlər qara siyahıya salınıb
Image copyright Getty

Prezident Petro Poroşenko saksiyalar barədə danışarkən qərarın "Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və digər ölkələrdən olan tərəfdaşlarla birgə" verildiyini bildirib.

Qara siyahıya Rusiyanın dövlət rəsmiləri və Ukraynanın şərqi Donbas bölgəsindəki separatçı liderlər daxildir.

Bundan başqa siyahıda bir çox xarici jusnalistlərin, o cümlədən, BBC-nin bir neçə əməkdaşının adı var. BBC xarici redaktoru Andrew Roy bildirib ki, "bu sanksiyalar tamamilə yersizdir və media azadlığına biabırçı hücumdur".

2014-cü ilin aprel ayında Rusiyanın Krım yarımadasının ilhaqından bir ay sonra şərqi Ukraynada başlayan münaqişədə 8 minə yaxın insan həyatını itirib.

Ukrayna və Qərb Rusiyanı şərqi Ukraynadakı separatçıları silahlandırmaqda və əraziyə qoşunlar göndərməkdə ittiham edir.//.bbc.com/azeri

Moskva bunu təkzib edir, amma etiraf edir ki, Rusiya "könüllüləri" üsyançılarla birgə döyüşür.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb