Polad Alemdara qardaş zərbəsi

11:18 | 23.08.2014
Polad Alemdara qardaş zərbəsi

Polad Alemdara qardaş zərbəsi

Azərbaycanda da məşhur olan və kifayət qədər böyük tamaşaçı kütləsi olan "Kurtlar Vadisi"nin Polad Alemdarını canlandıran aktyor Necati Şaşmaza qardaş zərbəsi dəyib. ANS PRESS-in məlumatına görə, ortaqlığını sona çatdıran iki qardaş - Necati və Raci Şaşmaz arasında gərginlik səngimir. Belə ki, bu dəfə Polad Alemdar qardaşının tapşırığı ilə onun Nişantaşındaki binasını boşaldıb. Şaşmaz "Pana Film"i Çamlıcada yeni ofisinə köçürüb.

Qeyd edək ki, Necati və Raci Şaşmaz yollarını ötən il qalmaqallı şəkildə ayırıblar. Əvvəlcə "Kurtlar Vadisi"nin beyin mərkəzi hesab edilən ssenaristlər komandadan ayrılıb. Daha sonra iki qardaş arasında münasibətlər gərginləşib.Necati Şaşmaz qardaşının son illərdə serialla heç maraqlanmadığını iddia edib. Bundan sonra o qardaşından ayrılaraq məşhur serialı təkbaşına çəkməyə qərar verib.Filmin çəkilişləri ilə məşğul olan "Pana Film"lə bütün münasibətini kəsən Raci Şaşmaz cavab addımı ataraq şirkəti özünə məxsus olan 7 mərtəbəli lüks binadan çıxarıb.11 illik əməkdaşlıqdan sonra qanlı-bıçaq olan Şaşmaz qardaşları ən son iyun ayında nənələrinin dəfnində bir araya gəliblər. Amma onlar bir-birinin üzünə belə baxmayıblar.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM