Polis cərimə yazmasın deyə sürücülük vəsiqəsini yedi - VİDEO

16:52 | 20.01.2018
Polis cərimə yazmasın deyə sürücülük vəsiqəsini yedi - VİDEO

Polis cərimə yazmasın deyə sürücülük vəsiqəsini yedi - VİDEO

Təcrübəsiz sürücü yol hərəkəti qaydasını pozduğu üçün polis tərəfindən saxlanılıb və cərimə yazılmasın deyə müvəqqəti verilmiş sürücülük vəsiqəsini yeyib.


Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çinin Quizhou şəhərində baş verib. İsmi Xu adlı şəxs təlim avtomobili ilə ona verilmiş müvəqqəti vəsiqəylə təlim sürüşü üçün pullu yoldan istifadə edərkən saxlanılıb.
 
Polis sürücünü avtomobili lazımi yoxlanışdan keçirmədiyi və üzərində "sürücülüyə namizəd" sözü olmadığı üçün cərimələmək istəyib.


Bunu görən sürücü vəsiqəsini polisin əlindən alaraq, yeməyə başlayıb. Hadisə anbaan görüntülənib.
 
Qeyd edək ki, Çində sürücülük vəsiqəsi almaq üçün maksimum 15 balı toplamaq tələb olunur ki, hadisədən sonra sürücülüyə namizədin bütün balları silinib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb