Metroda qızın corablarını dəyişməsi ilə bağlı - RƏSMİ AÇIQLAMA

19:00 | 27.11.2018
Metroda qızın corablarını dəyişməsi ilə bağlı  - RƏSMİ AÇIQLAMA

Metroda qızın corablarını dəyişməsi ilə bağlı - RƏSMİ AÇIQLAMA

Son vaxtlar Bakı metrosunda başverən hadisələrlə bağlı sərnişinlərin videosunun sosial şəbəkələrdə yayılması geniş yayılıb.

Yenicag.az xəbər verir ki, metroda sərnişinlərin narazılığına səbəb olan növbətiı video sosial şəbəkələrdə yeni müzakirələrə səbəb olub.

Görüntülərə əsasən, vaqondakı xanım qatarda ayaqqabısını çıxararaq corabını dəyişib. Bundan sonra ayağından çıxardığı corabı iyləyərək, sərnişinlərin əyləşdiyi oturacağa atıb.

Yeraltı nəqliyyatda baş verən hərəkətlərlə bağlı Yenicag.az -a açıqlama verən "Bakı Metropoliteni” mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun məsələyə münasibəti belə olub:

"Metroda sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək Metropoliten işçilərinin əsas vəzifəsidir. Biz sərnişinlərin hərəkətlərinə yalnız qanun çərçivəsində müdaxilə edə bilərik.

Əgər sərnişinlərdən kimsə metroda ictimai asayiş pozulubsa, o halda polsi işə qarışa bilər. Laikn heç kəsə deyə bilmərik ki, ədəb qaydaların gözlə və s. Bunu o hərəkətlərdən narahat olan sərnişinlər deyə bilər ki, rahatlığımıza mane olursan.

Həmin sərnişindən şikayət edilərsə, bu halda, qanun çərçivəsində sərnişinlərin rahatlığını pozan şəxslə bağlı cəza tədbiri görülə bilər. Bu məsələlərdə daha çox sosial şəbəkələr və ictimai qınaq rolunu oynamalıdırlar”.
 
Metroda corablarını dəyişən xanımın kim tərəfindən çəkildiyi və bu videonun  sosial şəbəkəyə yerləşdirilməsinin nə dərəcədə qanunauyğun hərəkət olmasına isə hüquq mühafizə orqanları hələlik reaksiya verməyib. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb