Polis şübhəli şəxsə ilanla işgəncə verdi – Video

20:13 | 11.02.2019
Polis şübhəli şəxsə ilanla işgəncə verdi – Video

Polis şübhəli şəxsə ilanla işgəncə verdi – Video

İndoneziyada polis şübhəli şəxslə adekvat davranmayıb. Onun boynuna ilan sarıyan asayiş keşikçiləri cinayətdə günahkar bilinən adama qeyri-adi yolla əzab veriblər.
Bizimyol.info xəbər verir ki, hadisə ilə bağlı video yayılıb. Videoda şübhəli şəxs kimi polis şöbəsinə gətirilən Sem Lokonun ilandan necə qorxduğu görünür. Polislər isə ona rəhm etmirlər. Əksinə, polislərdən biri ilanın başını Semin üzünə yaxınlaşdırır və ondan neçə mobil telefon oğurladığını soruşur. Videoda aşkar eşidilir ki, Lokona lazımi cavab verməsə, ilanı ya ağzına soxacaqlarını, ya da şalvarının içinə salacaqlarını deyirlər.
Vəkil Veronika Koman İndoneziyada papuaslara belə yolla işgəncə verilməsinin çox yayıldığını söyləyir.
Videonun ictimailəşməsindən sonra polislər üzr istəyib. Həmin polis şöbəsinin rəisi Tonni Ananda Svadaya işgəncəyə yol verən əməkdaşların sərt şəkildə cəzalandığını açıqlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb