• $
  • €
  • ₽
  • ₺
  • £

“Bilmir ki, Elçibəydən danışanda hörmətdən düşəcək?!”

“Bilmir ki, Elçibəydən danışanda hörmətdən düşəcək?!”
11.12.2015 21:24
"Elçibəy haqqında kim nə deyirsə, desin. Əsl həqiqəti Allah bilir ki, kim nə edib. O, özü Azərbaycanı dağıtdı getdi, indi Elçibəy haqqında danışır”.

Bu sözləri musavat.com-a açıqlamasında mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev eks-prezident Ayaz Mütəllibovun sözlərinə cavab olaraq, bildirib.

Almurad Əliyev deyib ki, A.Mütəllibov Elçibəy haqqında danışmaqla gündəmə gəlmək istədi, lakin bu əks-effekt verdi:

"Elçibəy ona nə edib ki..? Özü aləmi qatdı-qarışdırdı. Elçibəy onu o vaxt çağırdı yanına və dedi ki, gəl bir olaq. Bu, mənim yadımdadır. Ancaq o, qəbul etmədi. İndi o, nə istəyir? Kəlbəcərin işğalı ilə Elçibəyin nə əlaqəsi var? Elçibəyin hər zaman ona münasibəti yaxşı olub. Lakin o, özü heç vaxt barışmadı. O zaman yığıldılar, iclas keçirtdilər, lakin Ayaz Mütəllibov gəlmədi”.

Almurad Əliyevin sözlərinə görə, belə bir insanın Elçibəy haqqında danışması onu narahat etmir:

"Mütəllibov nə deyir, desin. Allah bilir hamısını, kimin kim olduğunu... O, camaatı bir-birinə vuran adamdır. Bu məsələni ortaya atmaqda məqsədi nədir, mən onu bilmirəm. İstəyir ki, yenidən gündəmə gəlsin. Çünki, çoxdan gözdən düşüb, yaddan çıxmış bir adamdır. Allah hökumətin canına dəyməsin, bir az pul veriblər, onunla dolanır. Yeyib-içir, işi-gücü yoxdur. İstəyir ki, nəsə danışsın və gündəmə gəlsin. Elə bilir ki, Elçibəy haqqında danışsa, hörmətə minəcək. Daha bilmir ki, Elçibəydən danışanda hörmətdən düşəcək. Ciddi bir adam qardaşım haqqında o sözü desəydi, xətrimə dəyərdi. Ancaq o adamın sözü məni incitmir, çünki ciddi bir adam deyil. Özü Azərbaycan üçün nə etdi ki..? Ölkəni dağıdıb, getdi”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol