• $
  • €
  • ₽
  • ₺
  • £

HRADF-ın prezidenti: "SOCAR yaxında DESFA-nı özəlləşdirəcək"

HRADF-ın prezidenti: "SOCAR yaxında DESFA-nı özəlləşdirəcək"
17.05.2016 19:00
Yunanıstanın qazpaylayıcı şirkəti olan DESFA-nın özəlləşdirilməsi məsələsi bu yaxınlarda həllini tapacaq. "APA-Economics" xəbər verir ki, bunu Yunanıstanın Dövlət Özəlləşdirmə Fondunun (Hellenic Republic Asset Development Fund, HRADF) prezidenti Stergios Pitsiorlas deyib.
 
"Proses bu yaxınlarda yekunlaşmalıdır. DESFA-nın səhmlərinin 17%-i italyan şirkətinə satılmaqla qazpaylayıcı şirkət SOCAR tərəfindən özəlləşdiriləcək", - deyə fondun prezidenti qeyd edib.
 
Qeyd edək ki, DESFA-nın səhmlərinin 17%-ni İtaliyanın "Snam" şirkəti almaq niyyətindədir.
 
Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də HRADF DESFA-nın 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

2013-cü ilin dekabr ayında SOCAR ilə HRADF və "Petroleum” şirkəti arasında "Səhmlərin Alqı-Satqı Müqaviləsi” və "Səhmdarlar haqqında Müqavilə” imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol