• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentini qəbul edib

İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentini qəbul edib
24.05.2016 17:21
Azərbaycan Prezidenti İlham Əliyev mayın 24-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı Suma Çakrabartini yenidən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti seçilməsi münasibətilə təbrik edib və onun bu vəzifəyə təkrar seçilməsini gördüyü işlərə verilən qiymət kimi dəyərləndirərək ona fəaliyyətində uğurlar arzulayıb. 

Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uzun illər mövcud olan əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib. Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığı davam etdirməkdə ölkəmizin maraqlı olduğunu deyən dövlət başçısı bildirib ki, bu bank ilə əməkdaşlıq Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə öz töhfəsini verib.

Avropa Yenidənqurma və İnkişaf Bankının özəl sektora yönəltdiyi sərmayələrə toxunan Prezident İlham Əliyev bunu bank tərəfindən bu sektorda vəziyyətin düzgün qiymətləndirilməsi kimi izah edib və həmin sərmayələrin özəl sektorun inkişafı üçün əlavə maliyyə imkanları yaratdığını deyib.

Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin ölkəmizə səfərinin məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirib.
Suma Çakrabarti yenidən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti seçilməsində ölkəmizin verdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Suma Çakrabarti rəhbərlik etdiyi qurum ilə Azərbaycan arasında tərəfdaşlığın getdikcə daha da gücləndiyini məmnunluqla vurğulayaraq son illər özəl sektora, xüsusilə qeyri-neft sektoruna qoyulan sərmayələrin artdığını deyib. Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ölkəmizdə aparılan iqtisadi islahatları yüksək qiymətləndirib.

Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycan iqtisadiyyatına qoyulan investisiyanın 70 faizinin özəl sektorun payına düşdüyünü vurğulayan Suma Çakrabarti maliyyələşdirdikləri 9 layihədən 8-nin qeyri-neft sektoruna aid olduğunu deyib.

Görüşdə nəqliyyat, energetika, kənd təsərrüfatı, özəl sektor, sahibkarlıq və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol