• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: “Azərbaycan-Türkiyə müttəfiqliyi ən yüksək səviyyəyə çatıb”

Prezident: “Azərbaycan-Türkiyə müttəfiqliyi ən yüksək səviyyəyə çatıb”
25.05.2016 16:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının baş naziri Binəli Yıldırıma təbrik məktubu ünvanlayıb.
"Report” xəbər verir ki, təbrik mətnində deyilir:

Hörmətli cənab baş nazir,

Qardaş Türkiyənin aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının sədri seçilməyiniz və Türkiyə Respublikasının baş naziri təyin edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Başçılıq etdiyiniz və təmsilçisi olduğunuz partiyanın hakimiyyətə gəlişindən sonra qardaş Türkiyə güclü inkişaf etmiş və beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.
Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsi ilə bu dövrdə Azərbaycan-Türkiyə birliyi, strateji tərəfdaşlığı və müttəfiqliyi daha da möhkəmlənmiş, inkişaf etmiş və hazırkı ən yüksək səviyyəsinə çatmışdır.

İnanıram ki, bütün sahələrdə genişmiqyaslı, səmərəli və fəal əməkdaşlığımız, beynəlxalq məsələlərdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqeyimiz və fəaliyyətimiz bundan sonra da ölkələrimizin tərəqqisinə və xalqlarımızın rifahına xidmət edəcəkdir.

Başçılıq etdiyiniz 65-ci hökumətin fəaliyyətinin qardaş Türkiyə dövləti və xalqı üçün xeyirli olmasını arzulayır, qarşıdakı məsul işinizdə Sizə uğurlar diləyirəm”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol