• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov: Azərbaycan məcburiyyət qarşısında müharibəni dayandırdı

Əli Həsənov: Azərbaycan məcburiyyət qarşısında müharibəni dayandırdı
30.05.2016 10:00
"Bütün beynəlxalq təşkilatlar Azərbaycana və Ermənistana bəyanatla müraciət etdilər”.

Bundan sonra Dağlıq Qarabağ münaqişəsi daha dinamik formada müzakirəyə çıxarılaraq həll olunacaq.

Oxu.Az-n məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS-ə açıqlamasında deyib.

"Biz Azərbaycan olaraq beynəlxalq münasibətlərin tərkib hissəsiyik, dünya siyasətinin aktorlarından biriyik. BMT Təhlükəsizlik Şurasının və BMT Nizamnaməsinin müəyyən tələbləri var ki, onlara əməl etməliyik. Beynəlxalq hüququn normaları var ki, bu tipli münaqişələr dinc yolla həll olunmalıdır. 

Amma eyni zamanda BMT-nin 4 qətnaməsi var ki, Azərbaycanın işğal olunmuş torpaqları azad olunmalıdır. Nə o yerinə yetirilir, nə bu yerinə yetirilir. Beynəlxalq münasibətlərin ikili standartları orada özünü nümayiş etdirir ki, məsələn, Küveytin işğalından sonra beynəlxalq hüquq normaları və beynəlxalq aləmin iradəsi qısa müddətə reallaşdırıldı, qısa müddətdə - bir həftə ərzində Küveyt işğaldan azad olundu. Və yaxud başqa ərazilərdə də belə hallar baş verib. Amma 20 ildən artıqdır ki, Dağlıq Qarabağla bağlı BMT-nin 4 qətnaməsi həyata keçirilmir. Bu, beynəlxalq münasibətlərin indiki eybəcər, fərqli-fərqli standartlara malik olmasının nümunəsidir”.

Cəbhədə aprel hadisələrinə toxunan Ə.Həsənovun sözlərinə görə, aprelin 4-ü olan kimi dərhal bütün beynəlxalq təşkilatlar Azərbaycana və Ermənistana bəyanatla müraciət etdilər ki, atəşi dayandırın: 

"BMT TŞ-nin üzv dövlətlərindən müraciət daxil oldu. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin hər üçü israrla atəşin dayandırılmasını tələb etdilər. Və əlbəttə, buna haqları da var, beynəlxalq hüquq normaları onu tələb edir ki, münaqişə dinc yolla həll olunsun. Ona görə də Azərbaycan məcburiyyət qarşısında qalaraq müharibəni dayandırdı və bu işdə əsas rol Rusiya Prezidenti Vladimir Putinin rolu idi”.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn hissəsi kimi, beynəlxalq hüquq normalarına və beynəlxalq aləmin tələblərinə də əməl etmək məcburiyyəti qarşısında qalır: 

"Artıq Vyanada da proseslər göstərdi ki, Azərbaycan həmsədr ölkələrlə daha tələblə danışırdı. Bunu etməyə Azərbaycanın haqqı da var. Ermənistan isə sadəcə olaraq başqalarının iradəsini araşdırmaqla məşğul idi. Sadəcə ayrı-ayrı yollar, ayrı-ayrı kombinasiyalarla bu danışıqları uzadaraq, mövcud status-kvonu qorumaq mövqeyi burada da nümayiş olundu”.

Ə.Həsənov hesab edir ki, həmsədr ölkələr artıq bu status-kvonun uzun müddət qorunub saxlanılmayacağı fikrində qətidirlər və bundan sonra münaqişə daha dinamik formada müzakirəyə çıxarılaraq həll olunacaq: 

"Əsas odur ki, burada görüşlərin daha tez-tez, daha çoxsaylı olması məsələni həll etmir, görüşləri təşkil edən həmsədr ölkələrin iradəsi ortaya qoyulmalıdır. Burada iradə deyiləndə, biz nə gözləyirik? Ermənistana təzyiq göstərməlidirlər, onu məcbur etməlidirlər ki, sülh danışıqları prosesinə ciddi yanaşsın”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol