• $
  • €
  • ₽
  • ₺
  • £

"İsgəndər" raketini azərbaycanlı ixtira edib? - Ekspert açıqladı

"İsgəndər" raketini azərbaycanlı ixtira edib? - Ekspert açıqladı
10.10.2016 17:00

Ermənistanda keçirilən sonuncu hərbi paradda Rusiya istehsalı olan "İsgəndər" raket kompleksi nümayiş olunub. 

Rəsmi Yerevan həmin raketlərin Ermənistan Müdafiə Nazirliyinə məxsus olduğunu təsdiqləyib.

Rusiyada hərbi texnikalar arasında özünəməxsus yer tutan bu raket kompleksinin geniş ərazini və dəf edilməz maneələri məhv etməsi haqqında bilgiyə sahib olsaq da, texnikanın kim tərəfindən ixtira edildiyi haqqında məlumat yoxdur. 

 


"İsgəndər-M” raketi 


Bəzi mənbələrdə raketin İsgəndər Hüseynov adlı azərbaycanlı hərbçi tərəfindən hazırlandığı deyilsə də, məlumatı təsdiqləyən faktlar mövcud deyil.

 

Bəs, görəsən, rusların "İsgəndər" adını "Aleksandr" kimi tərcümə etməsi niyə məhz bu texnikada da öz əksini tapmayıb? Doğurdanmı, "İsgəndər” raketini azərbaycanlı hərbçi İsgəndər Hüseynov hazırlayıb?

 


Üzeyir Cəfərli - hərbi ekspert


Məsələ ilə bağlı ANN.Az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərli raketin ixtirasının İsgəndər Hüseynova məxsus olması barədə şayiələrin olduğunu dedi: "Bu haqda bəzi hərbçilərlə söhbətimiz olub. Məlumata görə, İsgəndər Hüseynov SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri general-leytenant Kərim Kərimovun komandasında çalışmış bir hərbçi olub. Ona görə də ehtimal olunur ki, ixtira bu şəxsə aiddir. Amma bu dəqiq məlumat deyil”.


""İsgəndər" raketi 2006-cı ildən istehsal edilən hərbi texnikadır. İxtiraçı azərbaycanlı olsa belə bizim hərbi imkanlar ruslarla eyni dərəcədə deyil. Bununla yanaşı raketin istehsalı üçün xeyli maddi vəsait və praktik cəhətdən onu sınaqdan keçirmək üçün ərazi lazımdır. İdeya müəllifi azərbaycanlı olsa belə, raket üzərində komanda şəklində işi ruslar həyata keçirib. Buna görə də düşünmürəm ki, müəllif azərbaycanlı olsun”, – deyə Ü.Cəfərli əlavə edib.

 


"İsgəndər-E" raketi 

 

Raketin "İsgəndər-M", "İsgəndər-E", "İsgəndər-K" variantları mövcuddur. Texnikanın çəkisi 3800 kq, uzunluğu 7,3 metrdir.

Orxan Aslanlı

www.ann.az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol