• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı namizədin tərəfdarları həbs edilib - Gürcüstanda

Azərbaycanlı namizədin tərəfdarları həbs edilib - Gürcüstanda
13.10.2016 13:36
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Polis İdarəsinin qarşısında aksiya keçirilir.
  
APA-nın xəbərinə görə, aksiya ötən gecə rayonun Qızılhacılı kənd sakinlərinin saxlanılmasına etiraz olaraq təşkil edilib. Aksiyaya 300-ə yaxın şəxs qatılıb. Deputatlığa namizədlər Əhməd İmanquliyev, Azər Süleymanov, İsrafil Bayramov və Mahir Dərziyev də Polis İdarəsinin qarşısına gəliblər.
 
Saxlanılan şəxslər barəsində cinayət işi başlandığı bildirilir.
 
Ötən gecə Qızılhacılı kəndinin 6 sakini polis tərəfindən saxlanılaraq Polis İdarəsinə gətirilib. Onlar Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı Qızılhacılı kəndində yaradılan 48 saylı məntəqə seçki komissiyasında seçkilər günü baş verən qarşıdurmada iştirakda təqsirləndirilirlər.
 
Müxalif Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizəd Əhməd İmanquliyevin tərəfdarı olan həmin şəxslər məntəqədə səsvermə zamanı baş verən qanun pozuntularına etiraz olaraq məntəqənin qarşısında aksiya keçiriblər.
 
Gecə saatlarında isə onların yaşadıqları ünvana gələn polislər evlərdə axtarış aparıblar. Axtarış zamanı evlərə ziyan vurulduğu, sakinlərin təzyiqə məruz qaldığı bildirilir.
 
Qeyd edək ki, adı çəkilən 48 saylı məntəqədə proporsional və majoritar sistemi üzrə keçirilmiş seçkilərin nəticələri ləğv olunub.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol