Fransada “erməni soyqırımı”nı inkar edən cəzalanacaq

Fransa Senatı soyqırımların, o cümlədən uydurma "erməni soyqırımı”nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanun layihəsini qəbul edib.
ANN.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə "lragir.am” saytı Fransadakı erməni təşkilatlarının koordinatoru Murad Papazyana istinadən məlumat yayıb.
Qanun layihəsinin lehinə 156, əleyhinə 146 nəfər səs verib.
www.ann.az
























