• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov Türkiyədə danışıqlarda

Əli Həsənov Türkiyədə danışıqlarda
24.10.2016 21:19
Türkiyədə səfərdə olan Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oktyabrın 24-də Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin baş direktoru Mehmet Akarca ilə görüşüb.

Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsində kütləvi informasiya vasitələrinin rolunun artırılması, hər iki ölkənin mətbuat orqanları arasında informasiya mübadiləsinin genişləndirilməsi, bəzi KİV-lərdə ümummilli və dövlətçilik maraqlarımıza zərər vuran xəbərlərin yayılmasının qarşısının alınması üçün zəruri addımların atılmasının vacibliyi vurğulanıb. Söhbət zamanı beynəlxalq arenada qarşılıqlı faydalı əməkdaşlığın uğurlu nəticələrinin birgə təbliği, dünya informasiya məkanına dinamik inteqrasiyanın təmin olunması istiqamətində səylərin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktayla görüşdə isə qardaş dövlətlərimiz arasında münasibətlərin daha da dərinləşdirilməsinin geosiyasi və geostrateji aspektlərindən söhbət açılıb, regionda baş verən proseslərdən danışılıb, xaricdən idarə olunan təhlükəli meyillərin, o cümlədən gənclərin qeyri-sağlam ideologiyalara cəlb olunmasının qarşısının alınması yollarına dair müzakirələr aparılıb.

Görüşdə Azərbaycanın və Türkiyənin sürətli inkişafı yüksək qiymətləndirilib.

Azərbaycanın Türkiyə üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran Yasin Aktay bildirib ki, Türkiyə dövləti Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatları yüksək dəyərləndirir və ölkəmizdə əldə olunan bütün uğurlara önəm verir.

Azərbaycanın həmişə Türkiyənin yanında olduğunu vurğulayan Əli Həsənov bildirib ki, dövlətimiz bundan sonra da qardaş ölkənin qarşılaşa biləcəyi bütün çətinliklərin aradan qaldırılmasına öz dəstəyini verməyə hazırdır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol