• $
  • €
  • ₽
  • ₺
  • £

Qəlyan reklamı qadağan olunur

Qəlyan reklamı qadağan olunur
03.11.2016 14:56
Tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir.

ANN.Az azvision.az-a istinadən xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Tütün və tütün məmulatı haqqında" və "Çayçılıq haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə olunub. 

Dəyişikliyə əsasən tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılır. 

Belə ki, "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişikliyə əsasən tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir.

Həmçinin tütün və tütün məmulatının və onun ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan edilir. 

Digər dəyişikliyə əsasən isə tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" qanunun 13.4 və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər. 

Qeyd edək ki, hazırda tütün məmulatının istehalçıları tütünün və tütün məmulatının reklamını əks etdirməyən sosial, mədəni və təhsil tədbirlərinin sponsorluğu və reklamı zamanı öz firma adlarından maneəsiz istifadə edirlər. 

"Çayçılıq haqqında" qanun isə "Reklam haqqında" qanuna uyğunlaşdırılıb. Dəyişikliyə əsasən Azərbaycan qanunvericiliyi sözü "Reklam haqqında" qanun sözü ilə əvəzlənib. 

Belə ki, yeni redaksiyaya əsasən çay məhsulllarının satışa çıxarılması, satışının qadağan edilməsi və reklamı "Reklam haqqında" qanuna uyğun həyata keçirilir. 

Hər iki qanunda dəyişiklik "Reklam haqqında" qanuna uyğunlaşdırılması məqsdəi ilə həyata keçirilir.

Hər iki layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol