• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda hərbi vəziyyət 48 saata elan ediləcək

Azərbaycanda hərbi vəziyyət 48 saata elan ediləcək
08.11.2016 10:53
"Milli Məclis bundan sonra Azərbaycanda hərbi vəziyyəti  72 saata yox, 48 saata elan edəcək”.

Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib.

Deputat bu saatlarda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılacaq "Hərbi vəziyyət haqqında” yeni qanun layihəsindən danışaraq bildirib ki, hərbi vəziyyətin parlament tərəfindən elan olunması vaxtı 3 sutkadan 2 sutkaya endirilir.

Zahid Oruc yeni formada hazırlanan qanun layihəsində əks olunan müddəaları da açıqlayıb:

"Yeni qanun layihəsinə əsasən, hərbi vəziyyətin elan olunması zərurətini hiss etdikdə mütləq bununla bağlı parlamentə müvafiq qanunverilicik təşəbbüsü ilə müraciət edilir.

Hərbi vəziyyətin elan olunması ilə bağlı yeni qanun layihəsinə görə, dövlətin bütün resursları, Silahlı Qüvvələr, iqtisadi qurumlar və digər strateji dövlət orqanlarının hamısı düşmənlə mübarizəyə səfərbər olunacaq. Yeni qanunla hərbi vəziyyətin əsas tələbləri budur. 

Sənədd əksini tapan 2-ci əsas məsələ isə dövlət sirləri ilə bağlıdır. Artıq bundan sonra cəbhə xəttində baş verən hərbi əməliyyatlar zamanı, xüsusi hərbi vəziyyət şəraitində tankın, topun, disklokasiya ərazilərinin şəklinin çəkilməsinə qanunvericilik çərçivəsində müəyyən məhdudiyyətlər qoyulacaq.
Yəni 2014-cü ilin yay aylarında olduğu kimi, təmas xəttindən, cəbhə bögləsindən kim necə gəldi məlumat, şəkil və video çəkib paylaşa bilməyəcək. Belə dövlət sirlərini yaymağa görə cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Bu müddəalar yeni qanun layihəsinə daxil edilib. Artıq yeni qanunla dövlət sirləri, hərbi vəziyyət elan olunan gündən media və mətbuatın işi də müəyyən edilir”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol