• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyadan Qarabağ bəyanatı

Rusiyadan Qarabağ bəyanatı
27.02.2017 14:07
"Qarabağda müharibə olmayacaq” — Mixail Neyjmakov

"Qarabağ münaqişəsi zonasında qoşunların hərəkəti və mütəmadi toqquşmalar 2016-cı ilin "aprel müharibəsi"nin ildönümü yaxınlaşdıqca tərəflərdə daha böyük gərginlik yaradacaq. Lakin elə amillər var ki, bunlar yaxın ay ərzində həmin miqyasda hadisələrin təkrarlanmasına imkan verməyəcək"

Reportyor.tv virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Siyasi və iqtisadi kommunikasiyalar agentliyinin aparıcı şərhçisi Mixail Neyjmakov deyib.

Son günlərdə cəbhə xəttində yaranmış gərginliyi şərh edən ekspert bildirib: "Rəsmi Yerevanın strategiyasından danışsaq, erməni tərəfinin Qarabağın adının dəyişdirilərək "Artsax Respublikası" qoyulması təşəbbüsünə diqqət yetirək. Adəti üzrə, siyasətdə real irimiqyaslı hərəkətlər edilməyəndə səs-küylü simvolik addımlar atılır. Müvafiq ideyalar hələ 2016-cı ilin payızında səsləndirilmişdi, lakin elə o vaxt aydın idi ki, Ermənistanda aprel ayında keçiriləcək parlament seçkiləri ərəfəsində Qarabağda ciddi riskə getmək rəsmi Yerevan üçün təhlükəlidir".

Neyjmakovun fikrincə, hazırda Yerevan üçün İran ətrafında yaranmış vəziyyət də problemə çevrilir: "Vaşinqtonla Tehran arasında münasibətlərin soyuması güclənir. Çox güman ki, ABŞ təmsilçiləri Yerevana təzyiqləri artıraraq, İrandan aralı durmağı tələb edəcəklər, lakin həmin ölkə ilə əlaqələr erməni tərəfi üçün çox əhəmiyyətlidir. Bu cür xarici siyasi şəraitdə Qarabağ münaqişəsi zonasında irimiqyaslı hərəkətlənmə Ermənistan üçün ciddi risklərə səbəb ola bilər".

Ekspert hesab edir ki, problemin aspektlərindən biri olan bu məqam belə güman etməyə imkan verir ki, münaqişə zonasındakı ciddi gərginlik yaxın zamanlarda "aprel müharibəsi" miqyasında hadisəyə çevrilməyə də bilər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol