• $
  • €
  • ₽
  • ₺
  • £

Xocalı qurbanları Parisdə yad edilib

Xocalı qurbanları Parisdə yad edilib
27.02.2017 19:40
Uşaqların çəkdiyi rəsmlər Azərbaycan Mədəniyyət Mərkəzində sərgilənib.

ANN.AZ/ "Azərbaycan Evi” təşkilatı Fransanın paytaxtı Parisdə fəaliyyət göstrərən Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar uşaqların iştirakı ilə "Sülh üçün rəsm çəkək” adlı tədbir təşkil edib.

Bu barədə "Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbiri "Azərbaycan Evi”nin sədri Mirvari Fətəliyeva açaraq məhz bu günlərə təsadüf edən təşkilatın yarana tarixindən bəhs edib. O bildirib ki, "Azərbaycan Evi”ni 25 il əvvəl 1992-ci il fevralın 24-də Ramiz Abutalıbov və Timurçin Hacıbəyli təsis edib. 
M.Fətəliyeva həyata keçirdikləri tədbirlərdən söz açaraq Fransada doğulub böyüyən gənc nəsilə xüsusi diqqət göstərdiklərini və bu gənclərə tarixi həqiqətlərin çatdırılmasının vacibliyini vurgulayıb. Təşkilat sədri Xocalı qətliamınin tarixi barədə danişaraq, bu faciənin hər bir azərbaycanlının yaddaşında silinməz izlər buraxdığını bidirib. O, uşaqlar arasında keçirilən rəsm müsabiqəsinin Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunduğunu deyib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək bildirib ki, tariximizin qanlı səhifəsi olan Xocalı soyqırımını, tariximizi, şəhidlərimizin qəhrəmanlığını vətəndən uzaqda yaşayan uşaqlar heç vaxt unutmamalıdırlar. Səfir bu baxımdan belə tədbirlərin təşkilinin böyük əhəmiyyəti olduğunu qeyd edib.

Tədbirdə istirak edən əməkdar rəssam Əsmər Nərimanbəyova və rəssam Nigar Nərimanbəyova uşaqlara Xocalı və sülh mövzusu ilə bağlı rəsmlər çəkilməsində öz məsləhətlərini verib.
 
Uşaqların çəkdiyi rəsmlər Azərbaycan Mədəniyyət Mərkəzində sərgilənib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol